Yuxarı
    Bağlamaq

    İlyas Tapdıq Badamdar qəbiristanlığında dəfn olunub - YENİLƏNİB

    Təzəpir məscidində mərhum şairlə vida mərasimi keçirilib

    Bakı. 26 dekabr. REPORT.AZ/ Tanınmış şair İlyas Tapdıq Badamdar qəbiristanlığında dəfn olunub.

    "Report" xəbər verir ki, mərhum şairlə vida mərasimi Təzəpir məscidində keçirilib.

    Mərasimdə bir çox mədəniyyət xadimləri, şair və yazıçılar, İ.Tapdıqın ailə üzvləri iştirak ediblər.

    İ.Tapdıq Badamdar qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.

    *** 10:02

    Dekabrın 25-də vəfat edən tanınmış şair İlyas Tapdıqla vida mərasimi Təzəpir məscidində keçiriləcək. 

    "Report" xəbər verir ki, vida mərasimi saat 12-də başlayacaq. 

    İ.Tapdıq Badamdar qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

    Qeyd edək ki, İ.Tapdıq dekabrın 25-də evində vəfat edib. Uzun müddət ürəyindən müalicə olunan şair 82 yaşında dünyasını dəyişib.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi