İlqar Fəhminin yeni kitablarının təqdimat mərasimi keçiriləcək

İlqar Fəhminin yeni kitablarının təqdimat mərasimi keçiriləcək Yazıçının külliyatından daha 4 kitab çapa hazırlanır
Ədəbiyyat
6 Yanvar , 2016 16:13
İlqar Fəhminin yeni kitablarının təqdimat mərasimi keçiriləcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 7-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı İlqar Fəhminin 4 yeni kitabının təqdimat mərasimi olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb. İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabının təqdimat mərasimində İlqar Fəhminin dostları, tanınmış yazıçılar iştirak edəcək.

Tədbirin sonunda müəllif oxucuları üçün kitabları imzalayacaq.

Qeyd edək ki, “XAN” nəşriyyatında İlqar Fəhminin 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar” , “Telepyeslər”, “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj” çapa hazırlanır.

Son xəbərlər

Orphus sistemi