Yuxarı

Prezident Musa Yaquba mənzil hədiyyə edib

İlham Əliyev Musa Yaquba mənzil hədiyyə edib

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Bu barədə “Report”a Xalq şairi özü məlumat verib.

O bildirib ki, xəbəri altı gün əvvəl alıb:

“Bakı Şəhər İcra Hakimiyyətindən zəng edib Prezidentin mənə mənzil hədiyyə etdiyini dedilər. Bildirdilər ki, ev Bakıda metronun "Qara Qarayev" stansiyası ətrafında yerləşir və üç otaqlıdır. Mənzil hədiyyə etdiyi üçün özüm və ailəmin adından dövlət başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq Qafqazinfo yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi