Yuxarı

İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" çap olunub

İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" çap olunub
Kitabların baş redaktoru Afaq Məsud, ön sözünün müəllifi Nizami Cəfərovdur

Bakı 16 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ikicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" kitabı işıq üzü görüb.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ilk ədəbi nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoyan Xaqani, Nizami Gəncəvi, Füzuli, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi klassiklərdən üzübəri yazıb-yaradan tanınmış ədiblərin şeir və hekayələri, həyat və yaradıcılığı haqqında məlumatlar yer alan irihəcmli, akademik nəşr elm, ədəbiyyat, incəsənət, təhsil və tədris sahəsi ilə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.

Kitabların baş redaktoru Afaq Məsud, ön sözünün müəllifi filologiya elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, deputat Nizami Cəfərovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi