Yuxarı

Hüseyn Cavid Ev Muzeyinin saytı Milli İnternet Müsabiqəsinin qalibi olub

Sayt müsabiqənin “Mədəniyyət və İncəsənət” nominasiyasında İlin ən yaxşı veb resursu seçilib

Bakı. 21 may. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən ənənəvi NETTY- Milli İnternet Müsabiqəsinə yekun vurulub.

"Report" xəbər verir ki, İKT ekspertləri Azərbaycanın 350 İnternet resursu arasından 30 saytı əsas mükafata namizəd olaraq müəyyənləşdirib.

NETTY Akademiyasının üzvlərinin yekun qərarı ilə nominant saytlar arasından qaliblər seçilib. AMEA H.Cavidin Ev Muzeyinin www.huseyncavid.com saytı müsabiqənin “Mədəniyyət və İncəsənət” nominasiyasında "İlin ən yaxşı veb resursu" seçilib.

Rəsmi mükafatlandırma mərasimində mükafatı-NETTY heykəlciyini muzeyin əməkdaşlarına təqdim edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bütün cavidsevərləri təbrik edib, qalib saytın gələcək inkişaf istiqamətləri ilə bağlı tövsiyələrini verib.

Qeyd edək ki, H.Cavidin Ev Muzeyi Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutları arasında NETTY Milli İnternet Mükafatına layiq görülmüş ilk müəssisəsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi