Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya dünyasını dəyişib

Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya dünyasını dəyişib O, Berlinə hücum zamanı Adolf Hitlerin axtarışında iştirak edib
Ədəbiyyat
132
26 Aprel , 2017 06:30
Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya dünyasını dəyişib

Bakı. 26 aprel. REPORT.AZ/ Adolf Hitlerin meyitinin tanınmasında iştirak edən hərbi yazıçı Yelena Rjevskaya 98 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun nəvəsi Lyubov Summ "Facebook" səhifəsində məlumat verib.

"Dostlar, o sizi xatırlayır və sevirdi", — deyə Summ yazıb.

Yelena Rjevskaya Berlinə hücumu zamanı Adolf Hitlerin axtarışında və nəşinin tanınmasında iştirak edib. O, 1948-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. SSRİ-nin Yazıçılar İttifaqının üzvü idi. Rjevskaya "Berlin, may 1945", "Fevral — əyri yollar", "Yaxın yanaşmalar", "Durğu işarələri", "XX əsrin çiyinləri arxasında" kimi kitabların müəllifi idi.

Son xəbərlər

Orphus sistemi