Yuxarı

​Heminqueyin Paris haqqında memuarları terrordan sonra hitə çevrilib

Gündəlik kitab satışı 10-dan 500 nüsxəyədək artıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Amerikalı yazıçı Ernest Heminqueyin "Həmişə səninlə olan bayram" adlı xatirələr kitabı noyabrın 13-də 130 nəfərin ölümü ilə nəticələnən silsilə terror aktlarından sonra Parisdə satış hitinə çevrilib.

"Report" xəbər verir ki, bu barədə Fransanın "Folio" nəşrinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, adətən Parisin kitab mağazalarında gündə 10 nüsxəyə yaxın kitab satılır, lakin indi satış 500 kitabadək artıb.

Bundan əlavə, Amerika ədəbiyyatı klassikinin memuarları Fransanın "Amazon" saytında bioqrafik kitablar arasında satış lideri olub. Parislilər ölənləri yad etmək üçün hücumların törədildiyi yerlərə gül və şamlarla yanaşı Heminqueyin kitabını da tez-tez gətirirlər.

Heminquey 1964-cü ildə nəşr olunan xatirələr kitabında 1920-ci illərdə Parisdəki həyatını və ilk ədəbiyyat təcrübəsini qələmə alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi