Yuxarı

Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub

Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub

Gürcüstanda Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciət hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, müraciət müəllifləri Z.Yaqubun anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində şairin adını daşıyan poeziya evinin inşa olunmasını təklif edirlər.

Kəpənəkçi kənd sakinlərinin imzaladığı müraciətdə poeziya evi üçün torpaq sahəsinin ayrılması xahiş olunur.

Müraciətin müəlliflərindən biri Ramiz Bəkirov “Report”a bildirib ki, sənəd Gürcüstan parlamentinin sədri Arçil Talakvadze və Bolnisi rayonundan olan majoritar deputat Qoqita Meşvelianiyə ünvanlanıb. 

Onun sözlərinə görə, müraciət digər aidiyyəti dövlət qurumlarına da təqdim olunacaq: “Zəlimxan Yaqub söz adamı və ictimai xadim kimi Azərbaycan və Gürcüstan arasında ədəbi, mədəni əlaqələr və dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətləri olan şəxsiyyətdir. İnanıram ki, dövlət qurumları Gürcüstanda onun adını daşıyacaq poeziya evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciətə baxaraq müsbət qərar qəbul edəcəklər”.

Qeyd edək ki, yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi