Gənc yazıçı-şair Tural Həsənlinin “Koma” kitabının imza günü keçiriləcək

Gənc yazıçı-şair Tural Həsənlinin “Koma” kitabının imza günü keçiriləcək İmza günü “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” bölməsində keçiriləcək
Ədəbiyyat
11 May , 2022 15:31
Gənc yazıçı-şair Tural Həsənlinin “Koma” kitabının imza günü keçiriləcək

Mayın 15-də saat 12:00-da gənc yazıçı-şair Tural Həsənlinin “Koma” kitabının imza günü olacaq.

Report"un məlumatına görə, imza günü “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” bölməsində keçiriləcək.

Belə ki, insanlar güc sahibi olmaq üçün çalışır, güc və imkanlarını bu yolda səfərbər edirlər. Bir gün buna sahib olduqda sevgisizlikdən yalnızlığa çəkilir və atalara istinadən deyirlər ki, zirvədəkilər yalnızlığa məhkumdur. İnsanı var edən sevgi, məhv edən sevgisizlikdir... "Koma" bir dünya nağılı, sevginin kitabıdır...

Gənc yazıçı-şair Tural Həsənlinin yeni çapdan çıxan “Koma” əsərinin qəhrəmanı Adel Bakıda yaşayan və dünyanın ən zəngin iyirmi adamından biri olan Yusifin qızıdır. Atası ölkə xaricində öldürüldüyü gün bütün zənginliyini bir kənara qoyub istədiyi həyatı yaşamaq üçün magistr təhsili almaq üçün İstanbula yola düşür. Qarşısına təsadüfən çıxan Jonasa aşiq olur. Baş verən heç nə təsadüf deyilsə və bundan sonra yaşayacağı hər şey planın bir parçasıdırsa, bilmədiyi həyatı bildiyi kimi yaşayan Adelə həyat həqiqət və yalanın sirli qapılarını açacaq.

Bütün kitabsevənlər imza gününə dəvətlidir.

Son xəbərlər

Orphus sistemi