Yuxarı

Gənc yazarın “Nar ağacının nəğmələri” adlı şeirlər kitabı çap olunub

Gənc yazarın “Nar ağacının nəğmələri” adlı şeirlər kitabı çap olunub

Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər” seriyasından gənc yazar Səxavət Sahilin “Nar ağacının nəğmələri” adlı şeirlər kitabı çap olunub.

"Report" xəbər verir ki, kitabda müəllifin nar silsiləsindən olan şeirləri toplanıb. 

Hər bir şeirdə nar və onun nəsnələri müxtəlif formada əksini tapıb. Misralarda öz “qabığından” çıxaraq maddi və qeyri-maddi obrazlara köçən nar, çiçəklər, budaqlar, dənələr bəzən də şərab kimi cilddən-cildə düşərək ayrı-ayrı biçimdə təzahür edir, insanın, təbiətin və dünyanın rəmzi kimi çoxmənalı ifadələrə çevrilir.

“Təhsil” nəşriyyatı çap olunub kitabın redaktoru Rəbiqə Nazimqızı, “Ulduzlu nəşrlər” layihəsinin rəhbəri Qulu Ağsəsdir.

Kitab müəllifin sayca 3-cü kitabıdır, bunda əvvəl onun “Hər zaman və heç vaxt” şeirlər və “İsanın qadını” romanı çap olunub. “Nar ağacının nəğmələri” kitabını “Ulduz” jurnalının noyabr sayı ilə birlikdə köşklərdən əldə etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi