Fransanın tanınmış yazıçıları Azərbaycana gələcək

Fransanın tanınmış yazıçıları Azərbaycana gələcək Qonaqlar Bakı, Şamaxı, Qəbələ, Şəki, Gəncə və Mingəçevir şəhərlərində olacaq
Ədəbiyyat
5 İyun , 2015 17:13
Fransanın tanınmış yazıçıları Azərbaycana gələcək

Bakı. 5 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iyunun 7-dən iyulun 15-dək Fransanın tanınmış 11 yazıçısından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Layihənin həyata keçirilməsində məqsəd Azərbaycana dair novellanın hazırlanması və onların Fransada kitab şəklində çap olunmasıdır.

Qeyd edək ki, çap olunacaq kitabların gələcəkdə fransız dili ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərinə çap olunması da planlaşdırılır.

Səfər çərçivəsində qonaqların Bakı, Şamaxı, Qəbələ, Şəki, Gəncə və Mingəçevir şəhərlərinə səfərləri təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi