Yuxarı
    Bağlamaq

    Fransanın tanınmış ədəbiyyat xadimi dünyasını dəyişib

    İv Bonfua həm də tərcüməçi kimi fəaliyyət göstərib

    Bakı. 2 iyul. REPORT.AZ/ Fransanın tanınmış şairi İv Bonfua 93 yaşında vəfat edib.

    "Report" xəbər verir ki, 100 kitabın müəllifi olan İv Bonfuanın əsərləri 30 dilə tərcümə edilib.

    İlk şeirlər toplusunu 1946-cı ildə nəşr etdirən şair həm də tərcüməçi kimi fəaliyyət göstərib. U.Şeksprin əsərlərini fransız dilinə tərcümə edən İv Bonfua çoxsaylı ədəbiyyat mükafatlarının sahibi olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi