Fransalı yazıçı Mişel Bütor vəfat edib

Fransalı yazıçı Mişel Bütor vəfat edib O, "Dəyişiklik" romanına görə "Rendo" mükafatına layiq görülüb
Ədəbiyyat
25 Avqust , 2016 01:28
Fransalı yazıçı Mişel Bütor vəfat edib

Bakı. 25 avqust. REPORT.AZ/ Fransalı yazıçı Mişel Bütor 90 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.

Mərhumun qohumlarının nəşrə verdikləri məlumata görə, Bütor səhər saatlarında Yuxarı Savoyya departamentində yerləşən Kontamin-sür-Arv kommunasının xəstəxanasında keçinib.

Bütorun yaradıcılığı Fransa nəsrində "yeni roman" istiqamətinə aiddir. O, "Dəyişiklik" romanına görə 1957-ci ildə Fransanın "Rendo" ədəbi mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi