Fikrət Sadıqın 85 illik yubileyi qeyd olunacaq

Fikrət Sadıqın 85 illik yubileyi qeyd olunacaq Yubiley tədbiri noyabrın 20-də AYB-də keçiriləcək
Ədəbiyyat
16 Noyabr , 2015 17:32
Fikrət Sadıqın 85 illik yubileyi qeyd olunacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyində (AYB) əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, şair, publisist Fikrət Sadıqın 85 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, yubiley tədbiri noyabrın 20-də saat 12.00-da AYB-nin Natəvan klubunda keçiriləcək. 

Xatırladaq ki, Fikrət Sadıq 1930-cu ildə Şamaxı şəhərində anadan olub.

1956-1961-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb. Poetik yaradıcılığında bədii tərcürməyə də meyil edir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir.

O, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub.

F.Sadıq yazıçı, ssenarist Orxan Fikrətoğlunun atasıdır.

Son xəbərlər

Orphus sistemi