Yuxarı

Fikrət Qocanın 80 illik yubileyi payızda keçiriləcək

Bu münasibətlə xalq şairinin səkkizcildlik seçilmiş əsərləri çapdan çıxıb

Bakı. 21 avqust. REPORT.AZ/ Avqustun 25-də xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın 80 yaşı tamam olur.

Azərbaycan Yazıçılar Birliyindən "Report"a verilən xəbərə görə, xalq şairinin təntənəli yubiley tədbirinin sentyabrın sonu, oktyabrın əvvəlində keçiriləcəyi planlaşdırılıb.

Yubiley münasibətilə Fikrət Qocanın səkkizcildliyi çapdan çıxıb. Seçilmiş əsərlər toplusuna şairin sovet dövründə nəşr edilmiş, habelə son illər yazdığı əsərlər daxil edilib.

Nəfis şəkildə tərtib edilən nəşrdə şairin roman və povestləri yer alıb. Xalq şairinin “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” əsərləri də səkkizcildliyə daxil edilib.

Xatırladaq ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. 1998-ci ildən AYB-nin katibidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi