Yuxarı

Əlibala Hacızadənin yubileyi münasibətilə kitab sərgisi açılıb

Sərgi Milli Kitabxanada nümayiş etdirilir

Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əlibala Hacızadənin 80 yaşı tamam olur.

“Report” xəbər verir ki, bu münasibətlə Milli Kitabxanada “Əlibala Hacızadə-80” adlı kitab sərgisi açılıb.

Sərgidə nasirin Azərbaycan və rus dillərində əsərləri, haqqında yazılan, ön söz yazdığı, redaktoru olduğu kitablar, dövri mətbuat materialları sərgilənir.

Qeyd edək ki, Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Əfqanıstanda mütərcimlik edib.

"Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Uşaqgəncnəşr"in "Gəncliyin səsi" almanaxında dərc olunub.

Əlibala Hacızadəyə məşhurluq gətirən "İtkin gəlin" trilogiyası olub. "İtkin gəlin" romanı əsasında rejissor Lütfi Məmmədbəyov 12 seriyalı serial çəkib.

2009-cu ildə 74 yaşında vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi