Elçin Əfəndiyev: "Burda elə kitablar var ki, adam oğurlayıb qaçmaq istəyir"

Elçin Əfəndiyev: "Burda elə kitablar var ki, adam oğurlayıb qaçmaq istəyir" "Bu gün kitabların böyük rəqibləri, alternativləri meydana gəlib"
Ədəbiyyat
16 Sentyabr , 2015 20:31
Elçin Əfəndiyev: Burda elə kitablar var ki, adam oğurlayıb qaçmaq istəyir

 Bakı. 16 sentyabr. REPORT.AZ/ "Burda elə kitablar var ki, adam oğurlayıb qaçmaq istəyir". "Report" xəbər verir ki, bunu baş nazirin müavini Elçin Əfəndiyev IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kitab bəşəriyyətin ən böyük kəşflərindən biridir: "Bu gün də kitabları görəndə fərəh hissi keçirirəm. Qocaman kitab bütün dövrlərdə öz əhəmiyyətini saxlayır".

E.Əfəndiyevin sözlərinə görə, Azərbaycanda belə sərgilərin keçirilməsi çox vacibdir: "Bu gün kitabların böyük rəqibləri, alternativləri meydana gəlib. İnternet və s. nəzərdə tuturam".

Nazir müavini əvvəlki dövrlərə nisbətən kitaba marağın azaldığını qeyd edib. O bildirib ki, bunun da obyektiv səbəbləri var.

Son xəbərlər

Orphus sistemi