​Elbrus Ərudun yeni kitabının imza-satış mərasimi keçirilib

​Elbrus Ərudun yeni kitabının imza-satış mərasimi keçirilib “Anne annem” müəllifin jurnalist kimi yazdığı köşə yazıları və kiçik hekayələr toplusundan ibarətdir
Ədəbiyyat
14 Fevral , 2015 17:44
​Elbrus Ərudun yeni kitabının imza-satış mərasimi keçirilib

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün “Əli və Nino” kitab evində tanınmış jurnalist, “Qafqazinfo” xəbər portalının rəhbəri Elbrus Ərudun yeni nəşr olunan “Anne annem” kitabının növbəti imza-satış mərasimi keçirilib. “Report”un xəbərinə görə, tədbirdə ictimaiyyət nümayəndələri, tanınmış jurnalistlər, yazarlar, habelə sıravi oxucular iştirak edib.

Qeyd edək ki, “Anne annem” Elbrus Ərudun jurnalist kimi yazdığı köşə yazıları və kiçik hekayələr toplusundan ibarətdir. Kitabın tərtibatçısı Günel Əbilova, redaktoru Elçin Zahiroğludur.

Son xəbərlər

Orphus sistemi