Yuxarı

Dünya şöhrətli yazıçı və filosof Umberto Eko vəfat edib

Umberto Eko 84 yaşında vəfat edib

Bakı. 20 fevral. REPORT.AZ/ Dünya şöhrətli italyan yazıçı Umberto Eko 84 yaşında vəfat edib.

"Report" xəbər verir ki, Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub.

Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. 

Onun “Qızılgülün adı” (1980), “Fukonun rəqqası” (1988), “Bir gün əvvəlki ada” (1994), “Baudolino” (2000), “Şahzadə Loananın sirli alovu” (2004), “Praqa məzarlığı” (2010) adlı məşhur romanları və onlarla elmi-publisistik məqalələri və kitabları var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi