Yuxarı

Yazıçılar "Charlie Hebdo" jurnalının PEN mükafatına layiq görülməsini narazılıqla qarşılayıb

26 yazıçı Beynəlxalq Yazarlar Birliyini boykot edib

Bakı. 2 may. REPORT.AZ/ Yanvar ayında Parisdə terrora məruz qalan "Charlie Hebdo" satirik jurnalının PEN (Beynəlxalq Yazarlar Birliyi) tərəfindən "İfadə azadlığı cəsarəti" mükafatına layiq görülməsini 26 yazıçı narazılıqla qarşılayıb.  "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, yazıçılar Beynəlxalq Yazarlar Birliyini boykot edərək, mükafatlandırma mərasimində iştirak etməyəcəklərini açıqlayıblar.

Yazıçılardan Peter Carey, Michael Ondaatje, Francine Prosesin, Teju Cole, Rachel Kushner, Junot Diaz, Joyce Carol Oates və başqaları PEN-ə məktub yazaraq bu vəziyyətin hadisədən zərər çəkən Fransadakı müsəlman azlığa haqsızlıq olduğunu bildiriblər.

Mükafatın verilməsini dəstəkləyən yazıçılardan Salman Rüşdi isə bildirib ki, PEN-in rəhbəri Andryu Solomon əvvəlcədən bu qərarın mübahisəli olacağını bilirdi: "Düşünürəm ki, bu, yerində verilən qərardır".

Qeyd edək ki, Beynəlxalq Yazarlar Birliyi müvafiq mükafatları bu il mayın 5-də Nyu-Yorkda Amerika Təbiət Tarixi Muzeyində təqdim edəcək.

PEN Amerika Mərkəzi 1922-ci ildə yaradılıb, qurumun 4 min yazıçı üzvü var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi