AMEA-nın vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"

AMEA-nın vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb" Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının romanı və məktubları tapılıb.
Ədəbiyyat
25 Aprel , 2019 17:31
AMEA-nın vitse-prezidenti: Cəfər Cabbarlının romanı və məktubları tapılıb
0 : 00
0 : 00

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının romanı və məktubları tapılıb.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli tərəfindən ədibin "Kazım bəy" romanı, eləcə də bu günə kimi dərc edilməyən məktubları tapılıb: "Həmin roman və məktublar tezliklə çap olunacaq".

Son xəbərlər

Orphus sistemi