Yuxarı

"Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti" işıq üzü görəcək

Lüğətin may ayına kimi nəşri planlaşdırılır

Bakı. 13 yanvar. REPORT.AZ/ "Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti" hazırlanıb. Lüğətin bu ilin may ayına kimi nəşr edilməsi planlaşdırılır. Bu barədə "Report"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, lüğətin redaktoru və ön sözün müəllifi İsmayıl Məmmədli məlumat verib.

O bildirib ki, lüğət Cəfər Cabbarlının bədii irsinin dili əsasında tərtib edilən ilk sorğu kitabıdır: "Lüğət sənətkarın bütün yaradıcılığı, yəni şeirləri, poemaları, dram əsərləri əsasında tərtib olunub. Sözlərin mənaları ilə yanaşı, onların məna çalarları da lüğətdə öz əksini tapıb. Lüğətdə sözlərin həqiqi və məcazi mənaları Cəfər Cabbarlının yaradıcılığındakı bədii nümunələr əsasında verilib". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi