Yuxarı

Bu gün yazıçı Anarın doğum günüdür

Anar 77 yaşını qeyd edir

Bakı. 14 mart. REPORT.AZ. Martın 14-ü Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın doğum günüdür. "Report" xəbər verir ki, yazıçının 77 yaşı tamam olur.

Xalq yazıçısı Anar 1938-ci ildə şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.

Anarın anası Nigar Rəfibəyli Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bət Rəfibəylinin nəvəsidir. Atası Rəsul Rza isə Məmmədxanlılar nəslindəndir.

Anar 1991-ci ildən Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türkdilli Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Anarın əsərləri nəinki Azərbaycanda, həm də ölkəmizin sərhədlərindən kənarda da çap edilib, pyesləri tamaşaya qoyulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi