Yuxarı

Brüsseldə İmadəddin Nəsimiyə həsr olunmuş sərgi keçirilib - FOTO

​Brüsseldə İmadəddin Nəsimiyə həsr olunmuş sərgi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir.

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyindən "Report"a verilən məlumata görə, ölkəmizin Belçikadakı səfirliyinin təşkilatçılığı ilə Brüsseldə, BOZAR mədəniyyət mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə dair sərgi təşkil olunub.

Sərgidə dahi İmadəddin Nəsiminin Heydər Əliyev Fondu tərəfindən ingilis dilinə tərcümə edilmiş əsərlərdən ibarət kitabları, həyat və yaradıcılığına dair səfirlik tərəfindən fransız dilində hazırlanmış broşurlar sərgilənib. İştirakçılara dahi şair haqqında məlumat verilib.

Sərgi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi