Belarus Prezidenti azərbaycanlı şairi təltif edib

Belarus Prezidenti azərbaycanlı şairi təltif edib Çingiz Əlioğlu "Fransisk Skorina" mükafatına layiq görülüb
Ədəbiyyat
18 Fevral , 2015 17:57
Belarus Prezidenti azərbaycanlı şairi təltif edib

Bakı. 18 fevral. REPORT.AZ/ Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun (Çingiz Əli oğlu Əliyev) "Fransisk Skorina" medalı ilə təltif olunması barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Çingiz Əlioğlu bu mükafata iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya və mətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfəsinə görə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi