Obama memuarlarına görə 20 milyon dollar qazana bilər

Obama memuarlarına görə 20 milyon dollar qazana bilər "Obamanın xatirələri istənilən digər prezidentlə müqayisədə daha baha qiymətləndiriləcək"
Ədəbiyyat
27 Yanvar , 2017 03:58
Obama memuarlarına görə 20 milyon dollar qazana bilər

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Barak Obama öz memuarlarına görə 20 milyon dollar və ya daha çox qazanc əldə edə bilər.

"Report" xəbər verir ki, bu qiymətləndirməni "The Hollywood Reporter" jurnalına kino, televiziya, musiqi, ədəbiyyat və əyləncə sənayelərindən olan yaradıcı şəxslərlə işləyən "International Creative Management Partners" agentliyinin profil bölməsinin nəşriyyat qrupunun rəhbəri xanım Ester Nyuberq verib.

"Heç şübhəsiz ki, Obamanın xatirələri istənilən digər prezidentlə müqayisədə daha baha qiymətləndiriləcək ", - deyə o bildirib.

Nəşr yazır ki, bu qiymətləndirməni Priston Universitetinin tarixçisi Culian Zelizer də bölüşür.

Onun zənnincə, Obamaya maraq əvvəlki prezidentlərə nisbətdə daha çoxdur. Zelizerin sözlərinə görə, bu həm ona nifrət edən mühafizəkarlar tərəfindən, həm də onun etdiklərindən fəxr hissi keçirən liberallar tərəfindən belədir. O hesab edir ki, Obamaya kitaba görə Bill Klinton və ya kiçik Corc Buşa nisbətdə daha çox vəsait təklif olunacaq.

Kiçik Corc Buş 2010-ci ildə dərc olunan "Əsas qərarlar" kitabına görə 7 milyon dollar qazanc əldə edib. Həmin kitab 2,6 milyondan çox nüsxə ilə dərc olunub.

Klinton isə "Mənim həyatım" adlı memuarlarına görə, Amerikanın sabiq prezidentləri arasında rekord məbləğdə - 15 mln. dollar qazanc əldə edib. Həmin kitab 2001-ci ildə 2,2 mln. nüsxə ilə çap olunub.

Son xəbərlər

Orphus sistemi