Bakıda tanınmış yazıçı Hikmet Anıl Öztekinin seminarı və imza saatı keçirilib

Bakıda tanınmış yazıçı Hikmet Anıl Öztekinin seminarı və imza saatı keçirilib "Report" İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edib
Ədəbiyyat
3 Aprel , 2017 20:48
Bakıda tanınmış yazıçı Hikmet Anıl Öztekinin seminarı və imza saatı keçirilib

Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda Türkiyənin tanınmış yazıçısı Hikmet Anıl Öztekinin seminarı və imza saatı keçirilib.

“Report”un xəbərinə görə, sözügedən tədbir “Kitab Dünyası”nın (kitabdunyasi.com) təşkilatçılığı ilə baş tutub.

Seminar iştirakçıları iki saatlıq seminardan sonra H.A.Öztekinin satışa çıxarılan kitablarını əldə ediblər. Daha sonra isə yazıçının imza saatı olub.

“Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edib.

Qeyd edək ki, Hikmet Anil Öztekin - Türkiyənin Trabzon şəhərində anadan olub. O, İstanbul Teknik Universiteti Gəmi Mühəndisliyi bölümünün məzunudur. Onun “Elif gibi Sevmek - 1” kitabı 600 min nüsxə, “Elif gibi Sevmek- 2” 400 min nüsxə, “Eyvallah -1” 300 min nüsxə, “Eyvallah -2”nin ilk nəşri 250 min nüsxədə çap olunub.

Son xəbərlər

Orphus sistemi