Bakıda "Tamaşaya bax, kitab qazan" adlı layihə keçiriləcək

Bakıda "Tamaşaya bax, kitab qazan" adlı layihə keçiriləcək Tamaşaçı tamaşa qiymətinə həm də kitab əldə edəcək
Ədəbiyyat
18 Noyabr , 2014 15:59
Bakıda Tamaşaya bax, kitab qazan adlı layihə keçiriləcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Dekabrın 1-dən yanvarın 15-nə qədər Dövlət Gənc Tamaşaçılar Teatrında “Tamaşaya bax, kitab qazan” adlı aksiya həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Dövlət Gənc Tamaşaçılar Teatrı və "Hədəf" Nəşriyyatının birgə layihəsi olan aksiyada teatrdan bilet alan hər bir tamaşaçı kitab hədiyyə qazanacaq.

Aksiyanın həyata keçiriləcəyi müddətdə Dövlət Gənc Tamaşaçılar Teatrı və "Hədəf" nəşrləri öz məhsullarına (bilet və kitab) 30-50% endirim edəcəklər. Beləcə tamaşaçı kitab qiymətinə həm də tamaşa və yaxud tamaşa qiymətinə həm də kitab əldə edəcək.

Son xəbərlər

Orphus sistemi