​Bakıda Qabriel Qarsiya Markesin anım mərasimi keçiriləcək

​Bakıda Qabriel Qarsiya Markesin anım mərasimi keçiriləcək Markesin fotoşəkillərinin sərgisi nümayiş olunacaq
Ədəbiyyat
14 Aprel , 2015 16:30
​Bakıda Qabriel Qarsiya Markesin anım mərasimi keçiriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı səfirliyi aprelin 16-da tanınmış kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin anım mərasimini keçirəcək. Bu barədə “Report”a səfirlikdən məlumat verilib.

Bakı Müasir İncəsənət Muzeyində keçiriləcək tədbirdə Azərbaycan hökümətinin, ölkədə akkreditə olunan diplomatik korpusunun, yerli Latın Amerikalı icmasının nümayəndələri, alimlər, rəssamlar, yazıçılar və KİV nümayəndələri iştirak edəcək.

Tədbirə kolumbiyalı yazıçı Oktavio Eskobar da qatılaraq ədəbiyyat üzrə Nobel mükafatının kolumbiyalı laureatının həyat və yaradıcılığı, həmçinin də müasir Kolumbiya ədəbiyyatı haqqında tədbir iştirakçılarına danışacaq. Tədbirdə kolumbiyalı fotoqraf Nereonun çəkdiyi Qabriel Qarsiya Markesin fotoşəkillərinin sərgisi nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi