Bakıda "Müasir Rusiya ədəbiyyatı və mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilib

Bakıda "Müasir Rusiya ədəbiyyatı və mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilib Tədbirdə rusiyalı ədəbiyyatşünas Aleksandr Bondarev iştirak edib
Ədəbiyyat
25 Oktyabr , 2017 15:40
Bakıda Müasir Rusiya ədəbiyyatı və mədəniyyəti mövzusunda dəyirmi masa keçirilib

Bakı. 25 oktyabr. REPORT.AZ / Azərbaycan Dillər Universitetində (ADU) "Müasir Rusiya ədəbiyyatı və mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilib. 

"Report" xəbər verir ki, ADU-nun nəzdindəki "Rusiyaşünaslıq" elmi-tədqiqat laboratoriyasında (ETL) keçirilmiş dəyirmi masada Universitetin dəvəti ilə rusiyalı ədəbiyyatşünas, Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) ədəbiyyat kafedrasının müdiri Aleksandr Bondarev iştirak edib.

Ədəbiyyatşünas çıxışı zamanı vurğulayıb ki, MDLU və ADU arasında elmi və təhsil əlaqələrinin uğurlu inkişafı Rusiya və Azərbaycan xalqlarının gələcək mədəni yaxınlaşması istiqamətində peşəkar fəaliyyət göstərən tələbə elitasını formalaşdıracaq.

Azərbaycan Dillər Universitetində yeni yaradılan "Rusiyaşünaslıq" elmi-tədqiqat laboratoriyası Rusiyanı sosial-tarixi, mədəni-tarixi və ictimai-siyasi amil kimi öyrənən yeganə mərkəz olacaq. Laboratoriya Rusiyanın profilli ali məktəbləri, təhsil, elmi və mədəniyyət təşkilatları ilə əməkdaşlıq etmək niyyətindədir.

Qeyd edək ki, oktyabrın 23-də A.Bondarevin Universitetin rəhbərliyi, "Azərbaycanşünaslıq" və "Rusiyaşünaslıq" elmi-tədqiqat laboratoriyaları ilə görüşü keçirilib. Oktyabrın 24-də rusiyalı ədəbiyyatşünas ADU-nun filologiya fakültəsinin rus dili bölməsinin tələbələri ilə görüşərək dilin inkişafı mövzusunda fikir mübadiləsi aparıb.

Son xəbərlər

Orphus sistemi