​Bakıda “Kitab bayramı-2015” adlı tədbir keçiriləcək

​Bakıda “Kitab bayramı-2015” adlı tədbir keçiriləcək Tədbirdə 20-dək nəşriyyat iştirak edəcək
Ədəbiyyat
3 May , 2015 21:39
​Bakıda “Kitab bayramı-2015” adlı tədbir keçiriləcək

Bakı. 3 may. REPORT.AZ/ Mayın 6-da Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Kitab bayramı-2015” adlı tədbir keçiriləcək. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunacaq.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdir.

Filarmoniya bağında 20-dək nəşriyyatın kitabları sərgilənəcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə aid olan kitabxanalara Azərbaycanın və xarici 126 müəllifin 306 rus dilində çap olunmuş kitabı da təqdim ediləcək. Oxuculara Çingiz Abdullayev, Qurban Səid, Elçin Səfərli, Fyodor Dostoyevski, Etel Lilian Voyniç, Stiven Kinq və digər dünya şöhrətli müəlliflərin kitabları təklif olunacaq.

“Kitab bayramı-2015” çərçivəsində “Canlı klassika-2015” beynəlxalq bədii qiraət müsabiqəsi üçün milli seçimin final mərhələsinin qalibləri də mükafatlandırılacaq.

Bayram günü açıq havada Bakı Uşaq Teatrının, Balaxanı qəsəbə mədəniyyət evinin kukla xalq teatrının tamaşaları göstəriləcək.

Son xəbərlər

Orphus sistemi