Bakıda tanınmış yazıçı Hikmet Anıl Öztekinin seminarı və imza saatı keçiriləcək

Bakıda tanınmış yazıçı Hikmet Anıl Öztekinin seminarı və imza saatı keçiriləcək “Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir
Ədəbiyyat
28 Noyabr , 2016 11:53
Bakıda tanınmış yazıçı Hikmet Anıl Öztekinin seminarı və imza saatı keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda dekabrın 25-də “Kitab Dünyası”nın (kitabdunyasi.com) təşkilatçılığı ilə Hikmet Anıl Öztekinin “Badamdar Hotel”də seminarı və imza saatı keçiriləcək.

“Report” xəbər verir ki, seminarda iştirak etmək istəyənlər biletləri “Tələbə Dünyası”nın ofisindən (Caspain Plaza 3-cü blok, 10-cu mərtəbə, tel : (+994 12) 404 75 35, mob: (+994 55) 518 11 61, e-mail: [email protected], web:kitabdunyasi.com) əldə edə bilərlər. Biletin qiyməti 15 manatdır. Yalnız bakalavr tələbələri üçün bilet 10 manatdır.

Biletlərə sadəcə seminarı dinləmək daxildir, kitabların satışı ayrı olacaq.

“Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.

Qeyd edək ki, Hikmet Anil Öztekin - Türkiyənin Trabzon şəhərində anadan olub. O, İstanbul Teknik Universiteti Gəmi Mühəndisliyi bölümünün məzunudur. Onun “Elif gibi Sevmek - 1” kitabı 600 min nüsxə, “Elif gibi Sevmek- 2” 400 min nüsxə, “Eyvallah -1” 300 min nüsxə, “Eyvallah -2”nin ilk nəşri 250 min nüsxədə çap olunub.

Son xəbərlər

Orphus sistemi