Bakıda dünya şöhrətli ingilis yazıçısının kitabı işıq üzü görüb

Bakıda dünya şöhrətli ingilis yazıçısının kitabı işıq üzü görüb Kitaba Uilyam Somerset Moemin məşhur “Teatr” romanı, pyes və novellaları daxil edilib
Ədəbiyyat
3 Noyabr , 2016 17:38
Bakıda dünya şöhrətli ingilis yazıçısının kitabı işıq üzü görüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli ingilis yazıçısı Uilyam Somerset Moemin Azərbaycan dilinə tərcümə edilmiş “Teatr (Seçilmiş əsərləri)” kitabı işıq üzü görüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, kitaba yazıçının məşhur “Teatr” romanı, pyes və novellaları daxil edilib.

Əsərləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib. Nəşrin redaktoru Güldəstə Nəsibdir.

Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanasının oxucularına təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi