Yuxarı

Bakıda Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək

Yazıçının Azərbaycan dilinə tərcümə olunan kitabları paylanılacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda oktyabrın 22-də Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək.

Yunus Emre İnstitutundan "Report"a verilən məlumata görə, “Tanpınar günü” adı altında təşkil olunacaq tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları və mediya nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Tanpınar haqqında geniş ədəbi söhbət və fikir mübadiləsi aparılacaq, həmçinin onun yaradıcılığı barədə institut tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi haqqında məlumat veriləcək.

Tədbirin sonunda iştirakçılara yazıçının Azərbaycan dilinə tərcümə olunan kitabları paylanılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi