Yuxarı

Azərbaycanlı yazıçının romanı Misirdə nəşr olunub

Kitabı ərəb dilinə Misir Mədəniyyət Mərkəzinin rəhbəri tərcümə edib

Bakı. 9 fevral. REPORT.AZ/ Qahirədə Misir Mədəniyyət Nazirliyinin Milli Tərcümə Mərkəzi “Dünya ədəbiyyatı seriyasından” yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanını kütləvi tirajla nəşr edib.

Misir Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, kitabı orijinaldan ərəb dilinə tanınmış ədəbiyyatşünas, Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi çevirib. 

Qeyd edək ki, hadisələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb.

Dünyanın bir sıra dillərinə tərcümə olunan “İnsan dənizi” romanı bu il Qahirədə keçirilmiş 46-cı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi