Azərbaycanlı şair “ARTE” beynəlxalq ədəbiyyat mükafatına layiq görülüb

Azərbaycanlı şair “ARTE” beynəlxalq ədəbiyyat mükafatına layiq görülüb Dördüncü dəfə veriləcək mükafatı indiyə qədər Xorvatiya, Sloveniya və Rumıniyadan olan tanınmış şairlər, ədəbiyyatçılar alıblar
Ədəbiyyat
18 Aprel , 2016 16:11
Azərbaycanlı şair “ARTE” beynəlxalq ədəbiyyat mükafatına layiq görülüb

Bakı. 18 aprel. REPORT.AZ/ Şair Səlim Babullaoğlu Serbiyanın əcnəbi sənət adamlarına, o cümlədən ədəbiyyatçılara verilən “ARTE” beynəlxalq ədəbiyyat mükafatına layiq görülüb.

Bu barədə “Report”a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “ARTE” beynəlxalq ədəbiyyat mükafaatı uzun illər ədəbi yaradıcılıqla məşğul olan, eyni zamanda ədəbi qurumlar, müxtəlif ölkələrdəki ədəbiyyatçılar, tərcüməçilər, tənqidçilər arasında əlaqələrin yaradılmasında xidmətləri olan insanlara verilir.

Bu il dördüncü dəfə veriləcək mükafatı indiyə qədər Xorvatiya, Sloveniya və Rumıniyadan olan tanınmış şairlər, ədəbiyyatçılar alıb. 

Son xəbərlər

Orphus sistemi