Azərbaycanın xalq şairinin ayağı amputasiya edilib

Azərbaycanın xalq şairinin ayağı amputasiya edilib Söhrab Tahir hazırda reanimasiya şöbəsindədir
Ədəbiyyat
186
31 Mart , 2016 09:26
Azərbaycanın xalq şairinin ayağı amputasiya edilib

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib, onun bir ayağı amputasiya edilib.

Bu barədə "Report"a AYB sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

R.Aslanov şairin hazırda reanimasiya şöbəsində olduğunu deyib: "Görkəmli xalq şairimiz Söhrab Tahirin vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, şair xəstəxanaya yerləşdirilib. Martın 30-da Söhrab Tahirin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı onun bir ayağı dizdən yuxarı amputasiya edilib. Ağır əməliyyat keçirən şairin vəziyyəti hazırda qənaətbəxşdir".

Qeyd edək ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.

Son xəbərlər

Orphus sistemi