Azərbaycanın mərhum tarzəninin şeirlər toplusundan ibarət kitabı nəşr olunub

Azərbaycanın mərhum tarzəninin şeirlər toplusundan ibarət kitabı nəşr olunub “Vəfalı könlüm” adlı kitabda F. Bağırovun müxtəlif illərdə yazdığı şeirlər, rübailər, təmsillər, qəzəllər yer alıb
Ədəbiyyat
29 Dekabr , 2018 15:11
Azərbaycanın mərhum tarzəninin şeirlər toplusundan ibarət kitabı nəşr olunub

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın mərhum tarzəni Fəxrəddin Bağırovun şeirlər toplusundan ibarət kitabı nəşr olunub.

“Report” xəbər verir ki, “Vəfalı könlüm” adlı kitabda F.Bağırovun müxtəlif illərdə yazdığı şeirlər, rübailər, təmsillər, qəzəllər yer alıb.

Qeyd edək ki, Fəxrəddin İdris oğlu Bağırov 1950-ci ildə Daşkəsən rayonunun Dəstəfur kəndində ziyalı ailəsində anadan olub. Tar ixtisası üzrə təhsil almış F. Bağırov 1977-ci ildən Gəncədə “Göy-göl” Dövlət ansamblında ud ifaçısı kimi çalışıb və bu ansamblda uzun illər fəaliyyət göstərib. O, musiqiçi olmaqla yanaşı xeyli şeirlərin də müəllifidir. Şeirlərində sevgiyə, Vətənə, dosta sadiqlik tərənnüm edən Fəxrəddin Bağırov lirika ilə yanaşı satiraya da yer verib.

Yüzlərlə tələbəyə musiqi sənətinin sirlərini öyrətmiş F.Bağırov 2012-ci ildə Gəncə şəhərində vəfat edib.

Son xəbərlər

Orphus sistemi