Azərbaycanda ilk dəfə ​Kolumbiya poeziyası antologiyası nəşr edilib

Azərbaycanda ilk dəfə ​Kolumbiya poeziyası antologiyası nəşr edilib Kitab Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi əsasında işıq üzü görüb
Ədəbiyyat
6 İyun , 2016 19:49
Azərbaycanda ilk dəfə ​Kolumbiya poeziyası antologiyası nəşr edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanda ilk dəfə Kolumbiya poeziyası antologiyası nəşr edilib.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən mətbuat xidmətindən bildirilib.

Kitab Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi əsasında işıq üzü görüb. “Əvvəl dəniz vardı” adlı kitaba Kolumbiyanın müxtəlif dövrlərdə yazıb-yaratmış şairlərinin əsərləri daxil edilib. 

Nəşrin orijinallığı onun XVII əsrin mistik şairi Fransiska Xosefa del Kastilyo i Gevara, ispandilli romantik poeziyanın banilərindən olan Rafael Pombo, modernizm cərəyanının ilk nümayəndələrindən Xose Asunsion Silva, XX əsrin nüfuzlu söz ustası Leon Greiff, habelə Porfirio Barba Yakob, Meira Delmar, Covanni Kessepn, Fernando Çari Lara və Aurelio Arturonun klassik şeirləri ilə yanaşı, Kolumbdan öncəki dövrün poetik nümunələrini – Karib dənizi hövzəsində, Sierra Nevada de Santa Martada məskunlaşmış yerli hindu qrupu yaradıcılığını da əhatə etməsindədir.

Kitaba daxil edilən şeirlər hər iki dildə – Azərbaycan və ispan dilində təqdim edilir. Orijinaldan sətri tərcümə Emin Ələsgərova, bədii tərcümə isə şair Əlisəmid Kürə məxsusdur.

Qeyd edək ki, layihəyə ötən ilin iyun ayında start verilib. 

Son xəbərlər

Orphus sistemi