Yuxarı

Azərbaycanda ilin son şeirlər kitabı çapdan çıxıb

​Azərbaycanda ilin son şeirlər kitabı çapdan çıxıb

2019-cu ilin son şeirlər kitabı bu gün çapdan çıxıb.

"Report"un məlumatına görə, görkəmli şair Tofiq Nurəliyə məxsus kitab “Darıxan nəğmələr" adlanır. Burada şairin yalnız sevgi şeirləri toplanıb.

Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab" seriyasındandır.

Qeyd edək ki, bu, Tofiq Nurəlinin sayca 6-cı şeirlər kitabıdır. Daha əvvəl "Şehli kəpənəklər", "Yağışdan sonra", "Tənha bir qüssə", "Tənha payız yarpağı" "Yarpaqlarım ağrıyır" kitabları çapdan çıxıb. Gənc yazıçıların 1984-cü ildə keçmiş SSRİ-nin paytaxtı Moskvada keçirilmiş VII Ümumittifaq Müşavirəsində Azərbaycan poeziyasını uğurla təmsil etdiyi üçün onun barəsində 4 qərar və təqdimat olub. Bu, Azərbaycan yazarları üçün ilkson belə hal olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi