Yuxarı
    Bağlamaq

    “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” kitabı ərəb dilində işıq üzü görüb

    Kitab Tərcümə Mərkəzinin yeni nəşridir

    Bakı. 10 aprel. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri olan “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” kitabı ərəb dilində işıq üzü görüb.

    Mərkəzdən "Report"a verilən məlumata görə, kitab dünyanın qədim tarixə malik xalqı olan azərbaycanlıların “tərcümeyi-halı”ndan, millət kimi formalaşma dövrləri və mərhələlərindən bəhs edir. Müstəqilliyinə XX əsrin sonlarında qovuşan Azərbaycan xalqının zəngin etnik, siyasi və mədəni ənənələri əsasında milli mənliyini qoruyub saxlaması, demokratik inkişaf yolu ilə irəliləməsi, özünü dünya çapında təsdiq etməsi nəşrdə tarixi faktlar və sənədli detallarla əks etdirilir. Müsəlman-ərəb dünyasında yayımlanacaq kitabın bir çox dünya dillərinə tərcümə və nəşr edilməsi nəzərdə tutulur.

    Kitabın müəllifi – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, ərəb dilinə tərcüməsinin müəllifi Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi