Yuxarı

Azərbaycan şairlərinin Tbilisi haqqında şeirləri toplanacaq

Azərbaycan şairlərinin Tbilisi haqqında şeirləri toplanacaq

“Azərbaycan şairlərinin Gürcüstanın paytaxtı Tbilisi barədə yazdıqları şeir və qəzəlləri toplanacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi Azərbaycan və Gürcüstan arasında musiqi əlaqələrinin inkişafı mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, Azərbaycanın klassik şairləri yaradıcılıqlarında Gürcüstan və Tiflisə tez-tez müraciət ediblər.

İ.Fəhmi Gürcüstan Dövlət Folklor Mərkəzinə bu şeirlərlə bağlı layihə təklif edib. Onun sözlərinə görə, Tbilisidə həmin şeirlərin üzərində muğamların ifa olunacağı konsert proqramı təşkil etmək olar.

AYB katibi həmin şeirlərin toplanmasını öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.

İ.Fəhminin təklifini dəyirmi masa iştirakçıları müsbət qarşılayıblar.

O, tədbirdə Abbasqulu ağa Bakıxanov və Əliağa Vahidin Tiflis barədə qələmə aldıqları bir neçə şeirdən parçalar oxuyub. İ.Fəhmi qeyd edib ki, azərbaycanlı şairlər öz şeirlərində Tiflisin gözəlliklərini təsvir edərək şəhəri cənnətə bənzədiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi