Azərbaycan miniatür sənətinə həsr olunan kitabın təqdimatı keçiriləcək

Azərbaycan miniatür sənətinə həsr olunan kitabın təqdimatı keçiriləcək Layihə "İrs" silsiləsi çərçivəsində həyata keçirilir
Ədəbiyyat
4 Dekabr , 2014 11:46
Azərbaycan miniatür sənətinə həsr olunan kitabın təqdimatı keçiriləcək
Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda dekabrın 5-də  "Təbrizin sehrli nağılları" adlı kitabın təqdimat mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının keçmişi və bu gününün mənzərəsini canlandırmaqla xalqımızın çoxsaylı abidələrinin aşkar edilməsi, təsviri, təbliği və təqdimi, onların beynəlxalq miqyasda tanıdılması məqsədilə 2013-cü ildə "İrs" silsiləsi çərçivəsində yeni layihəyə imza atıldı. Layihənin iki kitabı "Qədim Qalanın Yuxuları" və "Qobustan - minilliklər kitabı" adlı nəşrlər artıq işıq üzü görüb. Kitablar YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmiş Bakının qədim hissəsi - "İcərəşəhər" və Azərbaycanın qayaüstü incəsənətinə həsr edilib.

"Təbrizin sehrli nağılları" kitabı dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr olunub.

"İrs" silsiləsi çərçivəsində Mədəniyyət və turizm nazirliyinin layihəsinin növbəti "Təbrizin sehrli nağılları" kitabının nəşri "Paşa Həyat Sığorta" ASC və BP şirkətinin dəstəyi ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi