Yuxarı

Azərbaycan Londonda keçirilən Kitab Sərgisində iştirak edəcək

Beynəlxalq Kitab Sərgisi apreldə keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi aprelin 14-dən 16-dək Böyük Britaniyanın London şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Sərgidə ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına həsr olunmuş kitab və reklam çap məhsulları, ölkəmizin "Hədəf" və "Qələm" nəşriyyatının kitabları, həmçinin "Bakı-2015" Avropa Oyunları haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər nümayiş etdiriləcək.
Dünyanın mühüm paytaxtlarından biri olan Londonda keçiriləcək kitab sərgisi nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin, cari ildə I Avropa Oyunlarının Bakıda keçirilməsinin və eyni zamanda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, sərgidə 100-ə yaxın ölkə və 400-dən çox nəşriyyatın iştirak edəcəyi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi