Yuxarı

Azərbaycan Frankfurt beynəlxalq kitab yarmarkasında iştirak edir

Oktyabrın 17-dəKitabi-Dədə Qorqudun dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı tədbir keçiriləcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən böyük kitab sərgisi sayılan Frankfurt beynəlxalq yarmarkası başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərgidə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlikdən bildirilib ki, sərgidə 60 kvadratmetr sahədə qurulan Azərbaycan stendi xüsusi dizaynı ilə seçilir. Stenddə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, ədəbi nümunələri ilə bağlı nəfis nəşrlər, digər çap məhsulları, ayrı-ayrı nəşriyyatların kitabları nümayiş olunur.

Oktyabrın 17-də Azərbaycan stendində, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Ditsinilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək mərasimə müxtəlif ölkələrdən qonaqlar da qatılacaq.

Oktyabrın 18-dək davam edəcək sərgi müddətində stenddə nəşr məhsullarının nümayişi ilə yanaşı, işgüzar görüşlər də keçiriləcək.

Qeyd edək ki, 1949-cu ildən ənənəvi olaraq keçirilən Frankfurt yarmarkası dünyanın ən nəhəng kitab bazarı hesab olunur. Ümumi ekspozisiya sahəsi 170 min kvadratmetrdən çox olan yarmarkaya hər il 100-dən çox ölkə qatılır.

Builki yarmarkanın fəxri qonağı İndoneziyadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi