​Azərbaycan Yazıçılar Birliyində yeni təyinat olub

​Azərbaycan Yazıçılar Birliyində yeni təyinat olub "Ulduz" jurnalının baş redaktor müavini İlqar Fəhmi AYB-nin baş katibi təyin olunub
Ədəbiyyat
28 Avqust , 2014 14:07
​Azərbaycan Yazıçılar Birliyində yeni təyinat olub
Bakı 28 avqust. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni katib təyin olunub. 

Report-un AYB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Ulduz" jurnalının baş redaktor müavini İlqar Fəhmi AYB-nin katibi təyin edilib. İlqar Fəhmi bu vəzifəni sentyabr ayının 1-dən icra etməyə başlayacaq.

Xatırladaq ki, buna qədər bu vəzifəni Arif Əmrahoğlu icra edirdi. Arif Əmrahoğlu bu il iyunun 19-da dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. 8 kitab müəllifidir. Onun bir sıra ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.

Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcısıdır.

Son xəbərlər

Orphus sistemi