Yuxarı

Azərbaycan prezidenti “Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. "Report"un xəbərinə görə, sərəncamda xatırladılıb ki, bu il Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın anadan olmasının 75 illiyi tamam olur.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, şair Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi