Yuxarı

Mərhum alimə həsr edilən kitab nəşr edilib

Sözün Aydını kitabını Tərcümə Mərkəzi hazırlayıb

Bakı. 1 may. REPORT.AZ/ Görkəmli alim, ictimai-siyasi xadim, tənqidçi Aydın Məmmədovun xatirəsinə həsr edilən yeni kitab nəşr edilib.

"Report" xəbər verir ki, "Sözün Aydını" adlanan kitab "Tərcümə Mərkəzinin kitabları" seriyasından buraxılan növbəti nəşrdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdirdiyi kitabda görkəmli alim, ictimai-siyasi xadim Aydın Məmmədovun elmi məqalələri, esseləri, müsahibələri, çıxışlarının mətnləri və alim haqqında tanınmış sənət adamlarının yazıları yer alıb.

Nəşrin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktorları Zahid Sarıtorpaq və Tamilla Rüstəmovadır.

Kitaba ön sözü yazıçı Afaq Məsud yazıb. Ön söz “Bu dünyanın Aydın hadisəsi” adlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi