AYB-nin Şabran bölməsinin təqdimatı olub

AYB-nin Şabran bölməsinin təqdimatı olub Aydın Tağıyev AYB-nin Şabran bölməsisinin rəhbəri təyin edilib
Ədəbiyyat
8 İyul , 2016 19:46
AYB-nin Şabran bölməsinin təqdimatı olub

Bakı. 8 iyul. REPORT.AZ/ Şabran rayonunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) bölməsi yaradılıb və Aydın Əhməd oğlu Tağıyev həmin bölmənin rəhbəri təyin edilib.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətindən məlumat verilib.

Təqdimat mərasimində çıxış edən yazıçı Elçin Hüseynbəyli Şabran bölməsinin yaradılmasının təsadüfi olmadığını deyib.

Onun sözlərinə görə, bu rayon ədəbiyyatsevərliyilə məşhurdur və burada çox sayda yazıçı və şair yaşayır. 

"Rayonda eyni zamanda Xaqani Poeziya Klubu və Şabran Ədəbi Dərnəyi fəaliyyət göstərir. Artıq beş ildir ki, rayonda Xaqani Poeziya Günləri təntənəli şəkildə qeyd edilir və bayramın respublika əhəmiyyəti daşıması üçün AYB-də Xaqani Poeziya Günləri Təşkilat Komitəsi yaradılıb. Şabran bölməsi daha iki rayonu – Siyəzən və Xızını da özündə birləşdirir", deyə, o bildirib.

Təqdimat mərasimində AYB sədrinin müşaviri Rauf Aslanov və qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi