Yuxarı
    Bağlamaq

    Amerikalı yazıçı ilk dəfə Buker mükafatı qazanıb

    Pol Bitti Satış romanına görə bu mükafatı əldə edib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Amerikalı yazıçı Pol Bitti "Satış" romanına görə Buker mükafatı qazanıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, o, Buker mükafatı əldə edən ilk ABŞ yazıçısı olub.

    "Satış" - Los Ancelesin ətrafındakı şəhərlərdən birində seqreqasiya və köləliyi qaytarmağa çalışan qaradərili gəncin satirik hekayəsidir.

    Münsiflər heyətinin sədri Amanda Forman kitabın bütün sosial qadağaları pozduğunu bildirib. Onun sözlərinə görə, münsiflərə qərar vermək üçün dörd saat vaxt lazım gəlib.

    Qeyd edək ki, P.Bitti 1962-ci ildə Los-Ancelesdə anadan olub. "Satış" onun dördüncü romanıdır. Kitab ABŞ-da artıq bir neçə mükafat qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi